Press "Enter" to skip to content

Karsda turizm sərgisi

Sərgi zamanı

BAYRAQDAR MEDİA – Turizm Həftəsi çərçivəsində Karsda təşkil olunan “Fotolarla Ani” sərgisi ziyarətçilərin üzünə açılıb.

Bu barədə karsmanset.com saytı məlumat yayıb.

Məlumatda deyilir ki, sərginin açılış mərasimində Kars Ailə və Sosial Xidmətlər İl İdarəsinin nümayəndələri də iştirak ediblər: “Tədbirin ən xüsusi qonaqları isə qocalar evində yaşayan yaşlı insanlar olub. “Ulu çinarlar” adlandırılan bu sakinlər Ani Arxeoloji Sahəsinin tarixini əks etdirən fotoları yaxından izləyərək mədəniyyət dolu bir gün keçiriblər”.

Tarix və incəsənətin bir araya gəldiyi sərgidə iştirakçılar keçmişə səyahət edərək xoş anlar yaşayıblar.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.