Press "Enter" to skip to content

Səmərəliləşdirici təkliflər səsləndirilib

İclas zamanı

Son yeniləmə: 16 Aprel 2026

Mətbuat Şurasının Nəzarət-Təftiş Komissiyasının iclası keçirilib

BAYRAQDAR MEDİA – Aprelin 16-da Azərbaycan Mətbuat Şurasının Nəzarət-Təftiş Komissiyasının iclası keçirilib. Toplantını giriş sözü ilə açan komissiya sədri, “Qaziler.az” saytının baş redaktoru Rey Kərimoğlu gündəlikdə dayanan məsələlər barədə məlumat verib. Gündəlik səsə qoyularaq qəbul edilib.

Bu barədə Mətbuat Şurasından məlumat verilib.

Məlumata görə, MŞ İcraçı katibinin müavini İlqar Tağıyev qurumun maliyyə-təsərrüfat fəaliyyətinə dair hesabatla çıxış edib. Hesabat ətrafında müzakirələrdə əsasən Mətbuat Şurasına üzvlük haqlarının ödənilməsi məsələsi üzərində dayanılıb, bununla bağlı problemlərin olduğu diqqətə çatdırılıb.

Ayrı-ayrı məsələlər barədə komissiya üzvü, “Vətən səsi” qəzetinin baş redaktoru Elşən Əliyev və qurumun katibi, CASCFEN sədri Nadir Azəri bir sıra səmərəliləşdirici təkliflərlə çıxış ediblər. Həmin təkliflər əsasında Katiblik qarşısında müvafiq tapşırıqlar müəyyənləşdirilib.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.