Son yeniləmə: 16 Aprel 2026
BAYRAQDAR MEDİA – Anadolu Universitetinin rektoru Prof. Dr. Yusuf Adıgüzel Konya şəhərində bir sıra rəsmi görüşlər keçirib. Səfər çərçivəsində yerli idarəetmə orqanları, universitetlər və xüsusi təhsil müəssisələri ilə əməkdaşlıq imkanları müzakirə olunub.
Universitetdən verilən məlumata görə, proqramın ilk dayanacaqlarından biri Konya Böyükşəhər Bələdiyyəsi olub: “Bələdiyyə sədri Uğur İbrahim Altay ilə keçirilən görüşdə ortaq layihələrin hazırlanması, tələbə mübadiləsinin genişləndirilməsi və institusional əməkdaşlığın gücləndirilməsi məsələləri müzakirə edilib. Rektor Yusuf Adıgüzel daha sonra Selçuk Universitetini ziyarət edib və rektor Hüseyin Yılmaz ilə görüş keçirib. Görüşün ardından iki universitet arasında elmi tədqiqatları və akademik əməkdaşlığı əhatə edən protokol imzalanıb. Bu protokol çərçivəsində birgə layihələrin, akademik mübadilə proqramlarının və elmi fəaliyyətlərin artırılması planlaşdırılır”.
Səfər çərçivəsində həmçinin Selçuklu Autizmli Bireylər Təhsil Vəqfi ziyarət olunub. Burada tətbiq olunan təhsil modeli və fəaliyyətlər haqqında ətraflı məlumat verilib və Anadolu Universitetinin müvafiq qurumları ilə birgə layihələrin həyata keçirilməsi imkanları dəyərləndirilib.





