Son yeniləmə: 16 Aprel 2026
BAYRAQDAR MEDİA – “Yerlidən milliyə israf və tullantı” mövzusu ilə təşkil olunan “Türkiyə sıfır tullantı çalıştayı” Kayseridə universitetin ev sahibliyi ilə geniş iştirakla reallaşıb.
Bu barədə universitetin məlumatında qeyd edilib.
Bildirilib ki, Sabancı Mədəniyyət Mərkəzində keçirilən tədbir Çevrə, Şəhərsalma və İqlim Dəyişikliyi Nazirliyi, Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyi, Kayseri Valiliyi, Böyükşəhər Bələdiyyəsi və digər qurumların tərəfdaşlığı ilə reallaşdırılıb. Tədbirdə dövlət rəsmiləri, akademiklər, yerli idarəetmə nümayəndələri və qeyri-hökumət təşkilatlarının təmsilçiləri iştirak ediblər.
Açılış mərasimində çıxış edən vali müavini Mehmet Türköz sıfır tullantı təşəbbüsünün ölkə üçün böyük əhəmiyyət daşıdığını vurğulayıb: “Rektor müavini professor Oktay Özkan isə belə mühüm tədbirə ev sahibliyi etməkdən məmnun olduqlarını bildirib. Tədbir çərçivəsində iqlim və təbii fəlakətlərin idarə olunması, su ehtiyatlarının səmərəli istifadəsi, tullantıların azaldılması, təkrar emal, dövri iqtisadiyyat, enerji və nəqliyyat transformasiyası kimi müxtəlif istiqamətlər üzrə tematik müzakirələr aparılıb. Bundan əlavə, qida tullantıları, plastik istifadəsi, tekstil və istehlak malları, turizm və ictimai məkanların idarə olunması kimi mövzular da geniş şəkildə dəyərləndirilib. Müzakirələrdə yerli idarəetmələrin rolu, maarifləndirmə işləri və innovativ yanaşmalar ön plana çıxarılıb. Çalıştay, çoxsaylı tərəfdaşların iştirakı ilə ortaq fikir və əməkdaşlıq platforması kimi fəaliyyət göstərib”.
Tədbirin nəticəsində əldə olunacaq təkliflərin həm Kayseri üçün xüsusi həllər təqdim edəcəyi, həm də milli səviyyədə siyasətlərin formalaşdırılmasına töhfə verəcəyi gözlənilir. Bu baxımdan çalıştayın davamlı inkişaf məqsədlərinə mühüm dəstək verəcəyi qeyd olunub.





