Press "Enter" to skip to content

Ağız və Diş Sağlamlığı Mərkəzinə ziyarət

Ziyarət zamanı

Son yeniləmə: 16 Aprel 2026

BAYRAQDAR MEDİA – İgdır Universitetinin rektoru Prof. Dr. Ekrem Gürel Iğdır Ağız və Diş Sağlamlığı Mərkəzini ziyarət edərək burada həyata keçirilən fəaliyyətlərlə yaxından tanış olub. Səfər çərçivəsində o, Iğdır İl Səhiyyə Müdiri doktor Abaset Bağcı, mərkəzin baş həkimi doktor Taner Başaran və idarə heyəti ilə görüş keçirib. Görüş zamanı mövcud səhiyyə xidmətləri və gələcəkdə həyata keçirilməsi planlaşdırılan layihələr müzakirə olunub.

Univeristetin məlumatında qeyd edilib ki, eyni zamanda Iğdır Universiteti ilə İl Səhiyyə İdarəsinə bağlı Ağız və Diş Sağlamlığı Mərkəzi arasında mümkün strateji əməkdaşlıq imkanları da dəyərləndirilib. Xüsusilə təhsil, praktiki tətbiq və xidmət sahələrində həyata keçirilə biləcək ortaq layihələrin region əhalisinə göstərilən tibbi xidmətlərin keyfiyyətini artıracağı qeyd edilib.

Rektor Gürel universitetlə səhiyyə qurumları arasında mövcud olan güclü əlaqələrin həm akademik inkişaf, həm də ictimai xidmət səviyyəsinin yüksəldilməsi baxımından böyük əhəmiyyət daşıdığını vurğulayıb. O, göstərilən səmimi qonaqpərvərliyə görə mərkəzin rəhbərliyinə təşəkkürünü bildirib.

Ziyarət qarşılıqlı xoş niyyət və gələcək uğurlara dair arzularla başa çatıb.

Mission News Theme by Compete Themes.