Press "Enter" to skip to content

Aşıq yaradıcılığı diqqət mərkəzində

Tədbir zamanı

Son yeniləmə: 16 Aprel 2026

Görkəmli aşıq Hüseyn Saraçlının 110 illik yubileyinə və vəfatının 39-cu ildönümünə həsr olunmuş.tədbir keçirilib

BAYRAQDAR MEDİA – Aprelin 16-da Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin təşkilatçılığı ilə görkəmli ustad aşıq Hüseyn Saraçlının 110 illik yubileyinə və vəfatının 39-cu ildönümünə həsr olunmuş.tədbir keçirilib.

Gəncliyə Yardım Fondunda keçirilən tədbiri giriş sözü ilə Mirvarid Dilbazi Poeziya Məclisi İB-nin sədri Güllü Eldar Tomarlı açıb. O, qonaqları salamlayaraq, tədbir haqqında geniş məlumat verib.

Bu barədə İctimai Birlikdən bildirilib.

Məlumata görə, tədbirdə Hüseyn Saraçlının tədqiqatçısı Rəşad Saraçlıya çıxış edib. O, qeyd edib ki, Hüseyn Saraçlı yaradıcılığı geniş təbliğ olunmalıdı. Onun zəngin arxivi var. Hələ işıq üzü görməyən dastanları, şeirləri, ona ünvanlanan saysız məktubları Hüseyn Saraçlısevərləri gözləyir.

Tədbirdə ustad aşıq Cahangir Quliyev, Fikrət Borçalı ustadın sözlərini saz havası üstə ifa ediblər. Fərman Bədəlov, Fərizxan Cəfərov, Zəlimxan Borçalı, Yaşar Kamaloğlu, Azad Ədbülrəhmənov Hüseyn Saraçlı haqqında xatirələrini danışıb, şeirlərini səsləndiriblər.

Tədbir aşıq Cahangir Quliyevin ifasında müxəmməs saz havası ilə sona çatıb.

Mission News Theme by Compete Themes.