Press "Enter" to skip to content

İlham Əliyev Antalyada KKTC Cümhurbaşqanı ilə görüşüb

İlham Əliyev Antalyada KKTC Cümhurbaşqanı ilə görüşüb

BAYRAQDAR MEDİA – Aprelin 17-də Antalyada Azərbaycanın Prezidenti İlham Əliyevin Kuzey Kıbrıs Türk Cümhuriyyətinin Cümhurbaşqanı Tufan Erhürmanla görüşü olub.

Bu haqda xəbəri Prezidentin mətbuat xidməti yayıb.

Xəbərdə deyilir ki, “dövlət başçısı Tufan Erhürmana KKTC-nin Cümhurbaşqanı seçilməsi münasibətilə təbriklərini çatdırıb. Tufan Erhürman təbriklərə görə minnətdarlığını bildirib. Söhbət zamanı Azərbaycan Respublikasının KKTC-yə göstərdiyi daimi dəstəyə toxunuldu. Tufan Erhürman buna görə də dövlət başçısına təşəkkür etdi. Prezident Azərbaycanın həmişə KKTC-nin yanında olduğunu deyərək, göstərilən dəstəyin gələcəkdə də davam etdiriləcəyini vurğuladı”.

Bildirilib ki, “söhbət zamanı bu ilin aprelində Azərbaycan Milli Məclisi, Türkiyə Böyük Millət Məclisi və KKTC Məclisinin dostluq qrupları üzvlərinin Bakıda keçirilmiş 3-cü iclasının əhəmiyyəti qeyd edildi. KKTC-nin Türk Dövlətləri Təşkilatına müşahidəçi qismində qatılmasının önəmi vurğulandı, həmçinin bir sıra sahələrdə əməkdaşlıqla bağlı müzakirələr aparıldı”.

Mission News Theme by Compete Themes.