Press "Enter" to skip to content

MİMTA-dan daha bir əməli addım

Son yeniləmə: 16 Aprel 2026

Görkəmli ispan şairinin kitabı ilk dəfə Azərbaycan dilində

BAYRAQDAR MEDİA – MİMTA Yayımlarında Mahir N. Qarayevin tərcüməsi və Ramiz Rövşənin redaktorluğu ilə görkəmli ispan şairi Federiko Qarsia Lorka yaradıcılığının mükəmməl cildi çapdan çıxıb.

Bu barədə BAYRAQDAR MEDİA-ya MİMTA-dan məlumat verilib.

Məlumata görə, “Ən kədərli sevinc” adlanan kitaba nasistlərin 38 yaşında qətlə yetirdiyi əndəlüslü şairin məşhur “Kante xondo” və “İqnasio Sançes Mexiasa ağı” poemaları, “Şair Nyu-Yorkda”, “Tamarit Divanı”, “Sirli sevgi sonetləri” topluları, həmçinin müxtəlif illərdə yazdığı, İspaniyada dillər əzbəri olan lirik şeirləri, nəğmələri, romansları, sonetləri, balladaları daxil edilib.

Mission News Theme by Compete Themes.