BAYRAQDA MEDİA – Anadolu Universiteti Dövlət Konservatoriyasının tələbələri Prof. Dr. Ozan Evrim Tuncanın rəhbərliyi ilə Ankara Dövlət Opera və Balet Teatrını ziyarət ediblər. Təxminən 40 nəfərdən ibarət tələbə qrupu Ankara Dövlət Opera və Baletinin dəvəti ilə Puççininin “La Bohème” operasının məşq prosesini yerində izləmək imkanı əldə edib. Proqramda əsasən opera ixtisası üzrə təhsil alan tələbələr iştirak ediblər.
Bu barədə BAYRAQDAR MEDİA-ya Anadolu Universitetindən məlumat verilib.
Məlumata görə, ziyarət çərçivəsində tələbələr səhnə arxası prosesləri yaxından müşahidə edərək operanın hazırlanma mərhələləri haqqında praktiki biliklər qazanıblar: “Xüsusilə birinci kurs tələbələri üçün bu təcrübənin peşəkar inkişaf baxımından böyük əhəmiyyət daşıdığı qeyd olunub. Prof. Dr. Ozan Evrim Tunca bildirib ki, bu səfər tələbələr üçün olduqca zəngin və öyrədici bir təcrübədir. Onun sözlərinə görə, xüsusilə ilk kurs tələbələri üçün bu cür canlı müşahidələr onların gələcək fəaliyyətinə ciddi töhfə verəcək”.
Tədbir tələbələrin məşq prosesini izləməsinin ardından başa çatıb.





