Press "Enter" to skip to content

SXA: 300-dən çox şəxs dövlət qayğısı ilə əhatə olunur

SXA: 300-dən çox şəxs dövlət qayğısı ilə əhatə olunur

BAYRAQDAR MEDİA – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Sosial Xidmətlər Agentliyinin (SXA) İxtisaslaşmış Sosial Xidmət Mərkəzlərində hazırda 306 şəxsə yarımstasionar formada xidmət göstərilir.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya SXA-nın mətbuat xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, “bu mərkəzlərdə əlilliyi olan uşaqlarla yanaşı, zorakılığın müxtəlif növlərinə məruz qalan, sosial xidmətə ehtiyacı olan, eləcə də repatriasiya edilmiş şəxslər sosial reabilitasiya xidmətlərindən yararlanırlar. Agentliyin mütəxəssisləri xüsusi qayğıya ehtiyacı olan uşaqları sosial-psixoloji, sosial-pedaqoji, loqopedik və aktiv terapiya xidmətlərinə cəlb edirlər”.

Sonra xəbərdə, “bununla yanaşı onların asudə vaxtlarının səmərəli təşkili, eləcə də sosial adaptasiyası məqsədilə bir çox fəaliyyətlər həyata keçirilir, uşaqların valideynləri üçün valideynlik bacarıqlarının artırılması istiqamətində təlimlər təşkil edilir. Agentliyin ölkə üzrə 5 sosial xidmət mərkəzi (Abşeron, Sabunçu, Nərimanov, Yasamal, Ağdam) və bir sosial xidmət kabineti (Sumqayıt şəhəri) fəaliyyət göstərir” deyə qeyd olunur.

Mərkəzlərdə göstərilən xidmətlərdən yararlanmaq istəyən şəxslər SXA-ya və Agentliyin müvafiq filiallarına müraciət edə bilərlər.

Mission News Theme by Compete Themes.