Press "Enter" to skip to content

8-ci İngilis Dili Olimpiadası

8-ci İngilis Dili Olimpiadası

BAYRAQDAR MEDİA – ADA Universitetinin təşəbbüsü, Elm və Təhsil Nazirliyinin dəstəyi, habelə “Baku Education Information Center” və “Ultra Technologies” şirkətlərinin tərəfdaşlığı ilə VIII-IX sinif şagirdləri arasında Akademik Məqsədlər üçün 8-ci İngilis Dili Olimpiadasına başlanılıb.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya ADA-nın mətbuat xidmətindən daxil olub.

Xəbərdə qeyd olunur ki, “Olimpiadanın əsas məqsədi məktəblilərin akademik ingilis dili biliklərini beynəlxalq meyarlar əsasında qiymətləndirmək və onları bu istiqamətdə daha da inkişaf etməyə təşviq etməkdir. Geniş marağa səbəb olan müsabiqənin birinci mərhələsində respublika üzrə ümumilikdə 1 min 995 şagird iştirak edib. Bilik yarışı ölkənin müxtəlif bölgələrini əhatə etməklə ADA Universitetinin Bakı kampusunda 1 min 444 nəfər, Gəncə şəhəri 24 nömrəli məktəbdə 342 nəfər, Lənkəran şəhəri Haftoni orta məktəbdə 129 nəfər və Naxçıvandakı 8 nömrəli məktəbdə 80 nəfərin iştirakı ilə baş tutub”.

Sonra xəbərdə, “imtahan zamanı şagirdlər 80 dəqiqə ərzində ingilis dilinin qrammatikası və oxu bacarıqlarını ölçən 50 yazılı sualı cavablandırıblar. Olimpiada çərçivəsində, həmçinin valideynlər üçün Bakıda xüsusi məlumat sessiyası təşkil olunub və onlara ADA İbtidai və Orta Məktəbində təhsil imkanları barədə ətraflı informasiya verilib. Birinci mərhələdə yüksək bal toplayaraq uğur qazanan şagirdlər aprelin 25-də ADA Universitetində keçiriləcək ikinci — dinləmə və yazı mərhələsinə vəsiqə qazanacaqlar. Bu mərhələni də uğurla tamamlayan iştirakçılar finalda şifahi nitq bacarıqlarını nümayiş etdirmək üçün dəvət olunacaqlar. Olimpiadanın sonunda birinci yerin sahibi “Baku Education Information Center” və “ADA Universitetinin dəstəyi ilə Böyük Britaniyada keçiriləcək Qlobal Gənc Liderlər (QGL) proqramında iştirak etmək imkanı əldə edəcək. İkinci və üçüncü yerləri tutan şagirdlər HP dizustü kompyuterlerlə mükafatlandırılacaqlar” deyə bildirilir.

Bundan əlavə, yüksək nəticə göstərən ilk 300 şagird sertifikatla təltif olunacaq.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.