BAYRAQDAR MEDİA – Aprelin 20-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Hüquq siyasəti komitəsinin növbəti iclası keçirilib.
Bu barədə BAYRAQDAR MEDİA-ya Ali Məclisin Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Komitə sədri Əjdər Əliyev çıxış edib: “Əjdər Əliyev iclasın gündəliyinin üçüncü oxunuşda olan “Naxçıvan Muxtar Respublikası Ali Məclisi deputatının statusu haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” və ikinci oxunuşda olan “Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə etimad məsələsinin həll edilməsi hüququnun əlavə təminatları haqqında” Naxçıvan Muxtar Respublikasının qanun layihələrinin müzakirəsi olduğunu bildirib”.
İclasda gündəlikdə duran məsələlərlə bağlı müzakirələr aparıldıqdan sonra qanun layihələri Ali Məclisin plenar iclasında müzakirəsinə tövsiyə olunub.






İlk şərhi yaza bilərsiniz