BAYRAQDAR MEDİA – İran məhkəməsi 63 nəfərin əmlak və aktivlərinin müsadirəsi barədə qərar çıxarıb.
Xəbəri “Təbriz-Turan-TV” Telegram kanalı yayımlayıb.
Bildirilib ki, ““Mizan” saytının yaydığı məlumata görə, əmlak və aktivləri müsadirə olunanlar “düşmənlə əməkdaşlıq” və “milli təhlükəsizliyə qarşı fəaliyyət”də günahlandırılıblar. Onların arasında tanınmış sənətçilər, aktyorlar, idmançılar və sosial media fəallarının da adı var. Azərbaycan türkcəsində çəkilən “Atabay” filminin rejissoru Niki Kəriminin də əmlak və aktivləri müsadirə olunub”.





İlk şərhi yaza bilərsiniz