BAYRAQDAR MEDİA – Dövlət İmtahan Mərkəzi tərəfindən 2026-cı il aprelin 19-da növbəti imtahan keçirib. Bu barədə DİM-dən məlumat verilib.
Məlumata görə, aprelin 20-dən etibarən DİM-də imtahan protokolları və cavab vərəqlərinin emalına başlanılacaq: “İmtahanlarda istifadə olunan yazılı cavab tələb edən açıq tipli tapşırıqların yoxlanılması vaxt tələb etdiyindən nəticələrin 6 həftədən sonra elan olunması nəzərdə tutulur”.
Qeyd edilib ki, imtahanda iştirak edənlər, həmçinin valideynlər, müəllimlər, ekspertlər bütün test tapşırıqlarının izahının elektron versiyasını (pdf formasında), həmçinin etalon cavabları canlı yayımdan sonra DİM-in sosial şəbəkə hesablarından əldə edə biləcəklər.






İlk şərhi yaza bilərsiniz