Press "Enter" to skip to content

Oyunlarla bağlı yeni tənzimləmə gəlir

Mahinur Özdemir Göktaş

BAYRAQDAR MEDİA – Türkiyənin Ailə və Sosial Xidmətlər naziri Mahinur Özdemir Göktaş uşaqları rəqəmsal risklərdən qorumağa yönəlmiş oyun tənzimləməsi üzərində işlədiklərini açıqlayıb.

Bu barədə erzurumajans.com saytı məlumat yayıb.

Məlumatda deyilir ki, Antalya Diplomatiya Forumunda çıxış edən nazir 15 yaşdan aşağı şəxslər üçün nəzərdə tutulan sosial media məhdudiyyətləri ilə yanaşı, rəqəmsal oyunlarla bağlı da ayrıca tənzimləmənin hazırlandığını deyib: “Oyunlarla bağlı da bir tənzimləməmiz var. Ailələrdən çox güclü tələb var və bu məsələ ictimaiyyət tərəfindən də ciddi şəkildə dəstəklənir. Məqsədimiz uşaqların internetə və rəqəmsal mühitə ən təhlükəsiz formada çıxışını təmin etməkdir.”

Mahinur ÖzdemGöktaş rəqəmsal dövrün ailə quruluşu və uşaqlar üzərində təsirlərinə diqqət çəkərək sosial media və rəqəmsal platformaların müəyyən risklər daşıdığını vurğulayıb: “15 yaş məhdudiyyəti yalnız bizim ölkədə deyil, ilk olaraq Avstraliyada gündəmə gətirilmiş mühüm bir məsələdir. Bu qanun layihəsindən sonra Avstraliya müvafiq qaydalar qəbul edərək sosial media platformalarına bir il müddət verib.”

Nazir həmçinin bildirib ki, Avropada İngiltərə, Fransa və İspaniya da oxşar təşəbbüsləri həyata keçirir.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.