BAYRAQDAR MEDİA – Polşada keçirilən şahmat üzrə şəxsi Avropa çempionatının bağlanış mərasimi keçirilib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Gənclər və İdman Nazirliyinin (GİN) mətbuat xidmətindən daxil olub.
Xəbərdə deyilir ki, “qitə çempionatında müvafiq olaraq ikinci və üçüncü yeri tutan təmsilçilər Nicat Abasovla Aydın Süleymanlıya gümüş və bürünc medal, o cümlədən kubok təqdim olunub. Qeyd edək ki, yekunda gümüş və bürünc medalçı N.Abasovla A.Süleymanlı, eyni zamanda, dördüncü pillədə qərarlaşan Məhəmməd Muradlı gələn il keçiriləcək Dünya Kubokuna vəsiqə qazanıb”.





