Press "Enter" to skip to content

SIM kartlarda yeni dövr – virtual dünyaya nəzarət gücləndirilir 

BAYRAQDAR MEDİA – Şanlıurfa və Kahramanmaraşda baş verən və bütün Türkiyəni yasa boğan məktəb hücumlarından sonra hücum edən şəxslərin “oyun asılılığı” və “nəzarətsiz rəqəmsal məzmun” ilə əlaqəsi dövlət qurumlarını hərəkətə keçirib.

Bu barədə haber32.com.tr saytı məlumat yayıb.

Məlumatda deyilir ki, bu hadisələrdən sonra Türkiyənin İnformasiya Texnologiyaları və Rabitə Qurumu (BTK) uşaqları virtual dünyanın təhlükələrindən qorumaq üçün köklü dəyişikliklər hazırlayır: “Yeni tənzimləməyə əsasən, 18 yaşdan aşağı istifadəçilər üçün “Uşaq SIM kartı” tətbiqi tətbiq olunacaq. Valideynlər öz adlarına qeydiyyatda olan nömrələri uşaqlarına uyğunlaşdıraraq həmin xəttin daxil ola biləcəyi məzmun üzərində tam nəzarət əldə edəcəklər. Bu sistem vasitəsilə uşaqların yaşlarına uyğun olmayan platformalara və zorakılıq elementləri olan oyunlara çıxışı texniki olaraq məhdudlaşdırılacaq. Eyni zamanda, qadağaları aşmaq üçün istifadə edilən VPN (Virtual Özəl Şəbəkə) xidmətləri ilə bağlı da yeni qaydalar hazırlanır. Bu xidmətlərin lisenziyalaşdırılması və nəzarətə götürülməsi nəzərdə tutulur. Məqsəd uşaqların valideyn nəzarətindən kənara çıxaraq zərərli məzmunlara və təhlükəli qruplara çatmasının qarşısını almaqdır”.

Bundan əlavə, Türkiyə Böyük Millət Məclisində qəbul edilən yeni qanuna əsasən GSM abonəliklərinə də məhdudiyyətlər tətbiq olunub. Artıq bir şəxs adına limitsiz sayda mobil xətt almaq mümkün olmayacaq. Bu addımın sui-istifadə hallarının qarşısını almaq və rəqəmsal təhlükəsizliyi artırmaq məqsədi daşıdığı bildirilir.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.