BAYRAQDAR MEDİA – Kars Vilayət Mədəniyyət və Turizm İdarəsi tərəfindən təşkil olunan Turizm Həftəsi tədbirləri UNESCO Dünya İrsi Siyahısına daxil edilmiş Ani Örenyerində keçirilən “tarixi yürüş” ilə davam edib.
Bu barədə karsmanset.com saytı məlumat yayıb.
Məlumata görə, tədbirdə çoxsaylı iştirakçılar, tələbələr, təbiətsevərlər və müxtəlif qurumların nümayəndələri iştirak ediblər: “Ani şəhərinin tarixi qala divarları və örenyeri ərazisi boyunca kütləvi yürüş təşkil olunub. Yürüş zamanı bələdçilər iştirakçılara Ani Örenyerinin tarixi keçmişi və mədəni əhəmiyyəti barədə ətraflı məlumat veriblər. Beləliklə, iştirakçılar həm təbiətlə iç-içə vaxt keçirib, həm də bölgənin zəngin tarixi irsi ilə yaxından tanış olmaq imkanı əldə ediblər”.
Qeyd olunub ki, Turizm Həftəsi çərçivəsində keçirilən bu cür tədbirlərin əsas məqsədi Qarsın mədəni və turizm potensialını daha geniş şəkildə tanıtmaqdır.






İlk şərhi yaza bilərsiniz