Press "Enter" to skip to content

Voleybol üzrə “Ordu” komandası ikinci yeri tutub

BAYRAQDAR MEDİA – Azərbaycan Voleybol Federasiyasının təşkilatçılığı ilə keçirilən kişilər arasında Azərbaycan Yüksək Liqasının final mərhələsi başa çatıb. Həlledici görüşdə Fövqəladə Hallar Nazirliyinin “Xilasedici” və Müdafiə Nazirliyinin “Ordu” komandaları qarşılaşıb.

Müdafiə Nazirliyinin rəhbər heyətinin də izlədiyi final oyunu gərgin və maraqlı idman mübarizəsi ilə yadda qalıb.

Nazirlikdən verilən məlumata görə, hər iki komanda oyun ərzində yüksək səviyyəli çıxış nümayiş etdirərək qələbə uğrunda əzmkarlıqla mübarizə aparıb: “Oyunun ilk setində qalib gələn “Ordu” komandası növbəti setlərdə məğlub olaraq yarışı ikinci pillədə başa vurub. Qeyd edək ki, finala yüksələn hər iki komanda Avrokubok yarışlarında iştirak etmək hüququ qazanıb. Sonda qalib komandaya kubok, digər mükafatçılara isə medallar təqdim olunub”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.