Son yeniləmə: 20 Aprel 2026
BAYRAQDAR MEDİA – Avropa ali təhsil məkanının ən nüfuzlu platformalarından biri olan Avropa Universitetlər Birliyinin 2026-cı il illik konfransı bu il ilk dəfə Türkiyədə, Yeditepe Universitetinin ev sahibliyi ilə İstanbul şəhərində keçirilib. 41 ölkədən 260 qurumun iştirak etdiyi və təxminən 500 rektor, universitet rəhbəri, siyasətçi və mütəxəssisin bir araya gəldiyi tədbir ali təhsil sahəsində qlobal əməkdaşlıqların gücləndirilməsi baxımından mühüm platforma rolunu oynayıb.
“Dəyişən şəraitdə universitetlərarası əməkdaşlıq” mövzusuna həsr olunan konfransda rəqəmsal transformasiya, süni intellekt, dayanıqlılıq, tədqiqat və innovasiya, universitet–sənaye əməkdaşlığı, eləcə də gənclərin dəyişən gözləntiləri kimi vacib məsələlər geniş müzakirə olunub. Universitetlərin qlobal səviyyədə daha effektiv və davamlı əməkdaşlıq modelləri qurması yolları dövlət və özəl sektor tərəfdaşlığı çərçivəsində dəyərləndirilib.
Avropada təxminən 900 universiteti təmsil edən EUA-nın illik toplantısı müxtəlif regionlardan gələn iştirakçıların qatqısı ilə çoxşaxəli akademik dialoq mühiti yaradıb. Sessiyalarda təhsil proqramlarının gələcəyi, elmi-tədqiqat ekosisteminin transformasiyası və innovasiya yönümlü əməkdaşlıq strategiyaları müzakirə edilib. Eyni zamanda Avropa Ali Təhsil Məkanının inkişafında universitetlərin rolu, Bolonya Prosesi-nin təsirləri və beynəlxalq tələbə mobilliyinin gələcəyi də əsas mövzular sırasında yer alıb.
Konfransda iştirak edən Atatürk Universiteti-nin rektoru Ahmet Hacımüftüoğlu ali təhsildə beynəlxalq əməkdaşlıqların strateji əhəmiyyətinə diqqət çəkib.
Universietin məlumatına əsasən, o, Türkiyənin ali təhsil sahəsində böyük potensiala malik olduğunu vurğulayaraq bu cür tədbirlərin universitetlərarası əlaqələri gücləndirdiyini və elmi fəaliyyətə mühüm töhfə verdiyini bildirib.






İlk şərhi yaza bilərsiniz