Press "Enter" to skip to content

Eskişehirdə “Dədə Qorqud Parkı” ilə bağlı etiraz 

Dədə Qorqud Parkı

BAYRAQDAR MEDİA – Eskişehirin ən çox ziyarət edilən məkanlarından biri olan Dədə Qorqud Parkında yaranan mənzərə ictimai narazılığa səbəb olub. Parka gələn bəzi şəxslərin tullantıları ətrafa atması nəticəsində ərazi çirklənib və bu vəziyyət digər vətəndaşların ciddi etirazı ilə qarşılanıb.

Bu barədə eskisehir.net saytı məlumat yayıb.

Məlumatda deyilir ki, sakinlər məsuliyyətsiz davranan şəxslərlə bağlı daha sərt tədbirlər görülməsini, eyni zamanda aidiyyəti qurumların təmizlik işlərini gücləndirməsini tələb ediblər: “Valideynlər bildiriblər ki, parkın mövcud vəziyyəti uşaqların orada rahat şəkildə oynamasına imkan vermir: “Dədə Qorqud Parkı tamamilə çirkab içindədir. Bu məsələ ilə bağlı təcili tədbirlər görülməlidir. Uşaqlar oyun oynaya bilmir”, – deyə onlar narazılıqlarını ifadə ediblər”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.