Press "Enter" to skip to content

Kukla Teatrına direktor müavini təyin olunub

Kukla Teatrına direktor müavini təyin olunub

BAYRAQDAR MEDİA – Mədəniyyət naziri Adil Kərimlinin müvafiq əmri ilə Elnur Abbasquliyev Azərbaycan Dövlət Kukla Teatrına direktor müavini təyin olunub.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya sözügedən Teatrın mətbuat xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, “o, bu təyinatadək Azərbaycan Dövlət Pantomima Teatrında direktor müavini vəzifəsində çalışıb. Məlumat üçün bildirək ki, Elnur Mais oğlu Abbasquliyev 19 noyabr 1979-cu ildə Bakı şəhərində anadan olub. O, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Dram teatrı və kino aktyoru” fakültəsini bitirib, 1996–2000-ci illərdə Xalq artisti Bəxtiyar Xanızadənin rəhbərlik etdiyi “Dəli yığıncağı” Pantomima Teatr-studiyasında, 2000–2009-cu illərdə isə Pantomima Teatrında aktyor kimi fəaliyyət göstərib”.

Daha sonra xəbərdə, “2009-cu ilin sentyabr ayından etibarən paralel olaraq Kukla Teatrında aktyor kimi çalışır. 2021-ci ilin oktyabr ayında Pantomima Teatrında direktor müavini vəzifəsinə təyin olunub. E.Abbasquliyev müxtəlif illərdə bir sıra beynəlxalq tədbirlərdə, mədəniyyət günlərində təşkilat komitələrinin və işçi qruplarının üzvü olub, televiziya tamaşalarında və filmlərdə maraqlı obrazlar yaradıb. O, yaradıcılıq fəaliyyəti dövründə Rusiyada, Türkiyədə, Gürcüstanda, İranda, Niderlandda, Ukraynada və Tatarıstanda (RF) keçirilən nüfuzlu beynəlxalq festival və sənət tədbirlərində iştirak edərək Azərbaycan teatr sənətini uğurla təmsil edib” deyə bildirilir.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.