BAYRAQDAR MEDİA – Türkiyənin Bilecik Şeyx Edebali Universiteti-nin Gənc TEMA Klubu tərəfindən həyata keçirilən və Türkiyə Gənclər və İdman Nazirliyinin ÜNİDES proqramı çərçivəsində dəstəklənən “Kampusuna bir zeytun budağı da sən uzat” layihəsi mühüm uğur qazanaraq ÜNİFEST finalına yüksəlib.
Bu barədə universitetdən bildirilib.
Məlumata görə, universiteti milli səviyyədə qürurlandıran bu layihə 6–7 may tarixlərində Burdur Mehmet Akif Ersoy Universiteti-ndə keçiriləcək Universitet Tələbə Topluluqları Sosial Töhfə Layihələri Festivalında “İqlim dəyişikliyi, ekoloji davamlılıq və yaşıl enerji” kateqoriyasında birincilik uğrunda mübarizə aparacaq.
Sadəcə layihə olmaqdan kənara çıxaraq yaşıl gələcəyin əsaslarını formalaşdıran bu təşəbbüs tələbələrin yüksək enerjisi ilə həyata keçirilib. Layihənin əsas məqsədi davamlılıq şüurunu artırmaq, ekoloji həssaslığı kampusdan kənara yaymaq və təbiətlə harmoniyada yaşamaq mədəniyyətini təşviq etməkdir. Həyata keçirilən fəaliyyətlər gənclərdə təbiət sevgisini gücləndirməklə yanaşı, onların sosial məsuliyyət hissini də möhkəmləndirib.
ÜNİFEST finalında iştirak etmək layihənin elmi əsaslarının möhkəmliyini, innovativ yanaşmasını və cəmiyyətə verə biləcəyi töhfənin yüksək potensialını nümayiş etdirir. Universitet rəhbərliyi bu uğurun əldə olunmasında əməyi olan bütün tələbələri və akademik rəhbərləri təbrik edib, layihəyə dəstək verən qurumlara təşəkkürünü bildirib.






İlk şərhi yaza bilərsiniz