Press "Enter" to skip to content

HHQ-nin hərbi hissəsində görüş

Görüş zamanı

BAYRAQDAR MEDİA – Müdafiə Nazirliyi ilə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı arasında imzalanan 2026-cı ilin birgə tədbirlər planına əsasən, aparatın nümayəndələri Hərbi Hava Qüvvələrinin (HHQ) N hərbi hissəsində olublar.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Məlumata görə, nümayəndələr hərbi hissədə şəxsi heyətin təminatı, məişət və tibb məntəqəsində yaradılan şəraitlə tanış olduqdan sonra hərbi qulluqçularla görüş keçiriblər: “Görüş zamanı insan hüquqlarının qorunması ilə bağlı müzakirələr aparılıb, şəxsi heyəti maraqlandıran suallar cavablandırılıb. Eyni zamanda, şəxsi heyətə Ombudsmanın “916” Çağrı Mərkəzi barədə məlumat verilib, maarifləndirici broşürlər paylanılıb, həmçinin bir neçə hərbi qulluqçunun yazılı müraciətləri qəbul edilib”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.