Son yeniləmə: 21 Aprel 2026
BAYRAQDAR MEDİA – Yozgat Bozok Universitetinin ev sahibliyi ilə “Tarix üçün bir ox at” şüarı altında 7-ci Ənənəvi Türk Oxçuluğu Yarışı təşkil olunub.
Bu barədə universitetin məlumatında qeyd edilib.
Məlumata görə, türk mədəniyyətinin mühüm elementlərindən biri olan bu idman növünü tanıtmaq və gələcək nəsillərə ötürmək məqsədilə keçirilən yarış böyük maraqla qarşılanıb: “19 şəhərdən 448 idmançının qatıldığı yarışda iştirakçılar Malazgirt döyüşü, İstanbulun fəthi və Cümhuriyyətin elanını simvolizə edən məsafələrdən hədəfə ox atıblar”.
Təşkilatçılar bildiriblər ki, əsas məqsəd həm ənənəvi oxçuluğu inkişaf etdirmək, həm də gənclərdə tarix şüurunu gücləndirməkdir.






İlk şərhi yaza bilərsiniz