Press "Enter" to skip to content

AQC-nin yeni saytı təqdim olunub

Kollaj

Vüqar Oruc: Yeni platforma cəmiyyətin fəaliyyətinin beynəlxalq standartlara inteqrasiyası və ictimaiyyət üçün daha əlçatan olması istiqamətində mühüm addımdır

BAYRAQDAR MEDİA – Fəaliyyətində hər zaman şəffaflığı və yeniliyə önəm verın Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) bu istiqamətdə daha bir addım atıb. Aprelin 22-də İdarə Heyətinin üzvləri, ictimaiyyət nümayəndələri və media mənsublarının iştirakı ilə qurumun yenilənmiş aqc.az internet saytının rəsmi təqdimat mərasimi keçirilib.

Bu barədə AQC-dən məlumat verilib.

Qiymətləndirmə sektorunun şəffaflığının təmin edilməsində texnoloji yeniliklərin mühüm rolu var

Məlumata görə, tədbiri giriş sözü ilə açan AQC sədri Vüqar Oruc rəqəmsallaşma dövründə qiymətləndirmə sektorunun şəffaflığının təmin edilməsində texnoloji yeniliklərin rolundan bəhs edib.

Vüqar Oruc çıxış edərkən
Vüqar Oruc çıxış edərkən

V. Oruc qeyd edib ki, yeni platforma cəmiyyətin fəaliyyətinin beynəlxalq standartlara inteqrasiyası və ictimaiyyət üçün daha əlçatan olması istiqamətində mühüm addımdır:“Məqsədimiz həm peşəkar qiymətləndiricilər, həm də dövlət və özəl sektor nümayəndələri üçün vahid, etibarlı və operativ məlumat mənbəyi yaratmaqdır. Yeni sayt bu sahədəki dağınıqlığı aradan qaldıracaq və peşəkar fəaliyyətin monitorinqinə töhfə verəcək.”

Vüqar Oruc çıxışında media nümayəndələrinə təşəkkür edərək AQC-nin fəaliyyətinin işıqlandırılmasında yaxından iştirak etdiklərini və bununla da təşkilatın fəaliyyətində mühüm yer tutduqlarını vurğulayıb.

Saytda mövcud yeniliklər həm qiymətləndiricilər, həm də bu sahəyə aid şəxslər üçün əhəmiyyət kəsb edir

AQC İctimaiyyətlə əlaqələr Departamentinin rəhbəri Orxan Əli yeni platformanın funksional imkanları barədə geniş təqdimatla çıxış edib.

Yeni portalın həm peşəkar qiymətləndiricilər, həm də vətəndaşlar üçün əhəmiyyəti vurğulanıb
Yeni portalın həm peşəkar qiymətləndiricilər, həm də vətəndaşlar üçün əhəmiyyəti vurğulanıb

O, portalın həm peşəkar qiymətləndiricilər, həm də vətəndaşlar üçün əhəmiyyətini vurğulayaraq yenilikləri diqqətə çatdırıb. Bildirib ki, saytda mövcud yeniliklər həm qiymətləndiricilər, həm də bu sahəyə aid şəxslər üçün əhəmiyyət kəsb edir. Bölmələr arasında keçidlərin rahatlığı və istifadə üçün asan mexanizmlər saytı daha da rahat edib.

Yeni saytın istifadəyə verilməsi AQC fəaliyyətinin daha yaxından izlənməsinə şərait yaradacaq

Tədbirdə çıxış edənlər AQC-nin fəaliyyətinin son dövrlərdə xüsusilə aktiv fazaya keçdiyini vurğulayıb.Qeyd olunub ki, yeni saytın istifadəyə verilməsi də AQC fəaliyyətinin daha yaxından izlənməsinə şərait yaradacaq.

Təqdimat zamanı
Təqdimat zamanı

Tədbirin sonunda media nümayəndələrinin tikinti və söküntü işləri ilə bağlı sualları AQC-nin Tikinti və köçürülmə üzrə qiymətləndirmə və konsultasiya komissiyasının üzvləri, tanınmış iqtisadçı-ekspertlər Elnur Fərzəliyev, Firdovsi Xəlilov və Asif İbrahimov tərəfindən cavablandırılıb.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.