Press "Enter" to skip to content

Bu tarixdə nəqliyyat pulsuz olacaq

Tramvay

BAYRAQDAR MEDİA – Eskişehir Böyükşəhər Bələdiyyəsinin sədri Ayşe Ünlüce 23 Aprel Milli Suverenlik və Uşaq Bayramı münasibətilə şəhərdaxili ictimai nəqliyyat vasitələrinin gün boyu pulsuz olacağını açıqlayıb.

Bu barədə eskisehir.net saytı məlumat yayıb.

Məlumata görə, Ayşe Ünlüce həmçinin “Bütün həmşəhərlilərimizin bayramını təbrik edir, uşaqlarımızın sevincinin şəhərimizi doldurduğu daha çox bayramlar arzulayıram” deyib.

Məlumata əsasən, tətbiq çərçivəsində Eskişehir sakinlərinin gün ərzində tramvay və bələdiyyə avtobuslarından pulsuz istifadə edə biləcəyi, bunun isə bayram tədbirlərinə daha rahat çatımı təmin edəcəyi gözlənilir.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.