BAYRAQDAR MEDİA – 23 Aprel Milli Suverenlik və Uşaq Bayramına sayılı günlər qalmış Iğdır şəhəri bayramın coşqu və qürurunu ən yüksək səviyyədə yaşayır. Şəhərin hər bir guşəsi müstəqilliyin rəmzi olan Türk bayraqları ilə bəzədilərək qırmızı-ağ rəngə boyanıb.
Bu barədə igdirhaber.net saytı məlumat yayıb.
Məlumatda deyilir ki, Iğdır Bələdiyyəsinin yanğınsöndürmə briqadalarının fəaliyyəti nəticəsində başda əsas küçələr olmaqla şəhərin bütün prospekt və yolları iri Türk bayraqları ilə bəzədilib: “Binalar arasında və hündür dirəklərdə dalğalanan bayraqlar şəhər sakinləri üçün əsl vizual mənzərə yaradıb. Bayram hazırlıqları yalnız ictimai məkanlarla məhdudlaşmayıb. Iğdır sakinləri evlərinin eyvanlarını, sahibkarlar isə mağazalarının vitrinlərini Türk bayraqları ilə bəzəyərək bu milli coşquya qoşulublar”.
Məlumata əsasən, şəhərdə müşahidə olunan bu birlik və həmrəylik mənzərəsi 23 Aprel ruhunun Iğdırda nə qədər güclü hiss olunduğunu bir daha nümayiş etdirir.






İlk şərhi yaza bilərsiniz