Press "Enter" to skip to content

Iğdırda Qarabağ Kilim Emalatxanası

Qarabağ Kilim Emalatxanası

BAYRAQDAR MEDİA – Iğdır Vilayət Xüsusi İdarəsinin Qarabağ Kilim Emalatxanasında usta əllər ənənəvi motivləri müasir toxunuşlarla yaşadır. İlmək-ilmək toxunan əsərlər böyük rəğbət qazanır.

Bu barədə igdirhaber.net saytı məlumat yayıb.

Məlumata görə, Qarabağ Kilim Emalatxanası unudulmaq üzrə olan xalq tətbiqi sənətlərimizi yenidən dirçəldir: “Ənənəvi motivlərin usta əllərdə həyat tapdığı bu emalatxanada həm mədəni irs qorunur, həm də gələcək nəsillərə ötürüləcək nadir əsərlər hazırlanır. Emalatxanada fəaliyyət göstərən kursiyerlər Qarabağ kilimlərinin xarakterik xüsusiyyətlərini pozmadan onları müasir estetiklə vəhdətdə təqdim edirlər. Səbir və böyük dəqiqliklə toxunan hər bir kilim daşıdığı hekayə və məna ilə sadəcə bir məişət əşyası deyil, sanki canlı bir sənət əsəri kimi diqqət çəkir. Hazırlanan hər bir məhsul həm yerli sakinlərin, həm də sənətsevərlərin böyük rəğbətini qazanır”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.