Press "Enter" to skip to content

Neftçalada akvakultura sahəsinə dair maarifləndirici tədbir

Neftçalada akvakultura sahəsinə dair maarifləndirici tədbir

BAYRAQDAR MEDİA – Kənd Təsərrüfatı Nazirliyinin (KTN) tabeliyində Balıqçılıq və Akvakultura Mərkəzinin təşəbbüsü, Neftçala Rayon İcra Hakimiyyətinin dəstəyi və Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSUA) birgə təşkilatçılığı ilə Neftçala rayonunda akvakultura sahəsinə həsr olunmuş maarifləndirici tədbir keçirilib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya KTN-in mətbuat xidmətindən daxil olub.

Xəbərdə bildirilir ki, “tədbirdə rayonun balıqçılıq təsərrüfatlarının rəhbərləri, fermerlər, su təsərrüfatı və aidiyyəti qurumların nümayəndələri iştirak ediblər. Tədbirdən əvvəl Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə akvakultura təsərrüfatlarının yaradılması, su hövzələrinin seçilməsi, təsərrüfatların təşkili, ekoloji yanaşmalar, su təminatı və sudan istifadəyə dair müqavilələrin bağlanması, həmçinin akvakultura obyektlərinə əmtəə balıq yetişdirilməsi üzrə şəhadətnamələrin verilməsi barədə geniş təqdimat keçirilib. Balıqçılıq və Akvakultura Mərkəzinin nümayəndələri tədbir iştirakçılarına qüvvədə olan qanunvericilik və mövcud qaydalar barədə ətraflı məlumat veriblər”.

Sonra xəbərdə, “ADSUA-nın mütəxəssisləri suyun qanuni əsaslarla verilməsi, sudan istifadənin ödənişli qaydaları, qanunsuz su götürülməsinin yaratdığı fəsadlar və qarşısının alınması istiqamətində görülən tədbirlər barədə danışıblar. Bildirilib ki, su təminatı yalnız mövcud su şəbəkəsi çərçivəsində, sahibkarların müraciəti və müvafiq şəhadətnamələr təqdim edildikdən sonra həyata keçirilir. Qeyd olunub ki, sudan səmərəli istifadə ilə bağlı zəruri tədbirlər görülür və çətinliklərin həlli istiqamətində əlaqələndirilmiş fəaliyyət təmin olunur. 2026-cı ilin əkin planlaması da mövcud su ehtiyatları nəzərə alınmaqla aparılıb” deyə qeyd edilir.

Tədbir çərçivəsində sahibkarları maraqlandıran suallar aidiyyəti qurumların nümayəndələri tərəfindən cavablandırılıb və nəzərdə tutulan həll yolları barədə məlumat verilib.

Tədbir qarşılıqlı fikir mübadiləsi şəraitində davam etdirlib.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.