BAYRAQDAR MEDİA – İgdlr Universitetinin rektoru, Prof. Dr. Ekrem Gürel Iğdırda ilk dəfə təşkil olunacaq “Kapital bazarlarında karyera imkanları” mövzusunda keçiriləcək görüş münasibətilə universitetdə olan kapital bazarı qurumlarının nümayəndələrini qəbul edib.
Bu barədə universitetdən məlumat verilib.
Məlumata görə, görüş zamanı kapital bazarlarında mövcud peşə imkanları, sektorun ehtiyac duyduğu ixtisaslı kadr potensialı və universitet–sənaye əməkdaşlığı məsələləri müzakirə olunub: “Tələbələrin bu strateji sahəyə yönləndirilməsi və onların peşəkar inkişafının dəstəklənməsi üçün həyata keçirilə biləcək ortaq layihələr barədə fikir mübadiləsi aparılıb. Görüşdə Türkiyə Qiymətləndirmə Mütəxəssisləri Birliyinin idarə heyəti üzvü Emrullah Acar, Takasbank nümayəndələri Hande Aksoy və Hümeyra Duru Çiçək, Mərkəzi Qeydiyyat Qurumu xidmət rəhbəri Cem Özkurt və Kapital Bazarları Lisenziyalaşdırma, Reyestr və Təlim Qurumu müdiri Levent Hanlıoğlu iştirak ediblər”.
Rektor Gürel qonaqlara ziyarətlərinə görə təşəkkür edərək universitetlə sektor arasında əməkdaşlığın daha da gücləndirilməsinin vacibliyini vurğulayıb. Rektor müavini professor Haktan Sevinç və Davamlı Təhsil Mərkəzinin müdiri dosent Barış Armutçunun da iştirak etdiyi görüş xoş niyyət ifadələri ilə başa çatıb.





İlk şərhi yaza bilərsiniz