Press "Enter" to skip to content

Türkiyədə Sabir Rüstəmxanlı haqda kitab işıq üzü görüb

BAYRAQDAR MEDİA – Azərbaycanın Türkiyədəki səfirliyinə bağlı Azərbaycan Mədəniyyət Mərkəzinin Qazi Universitetindəki Azərbaycan Türkcəsi Tədris Ocağının rəhbəri, tədqiqatçı Şəhla Aslanın “Dil, kimlik, vətən” adlı yeni elmi tədqiqat əsəri nəşr edilib.

Bu barədə BAYRAQDAR MEDİA-ya müəllif özü məlumat verilib.

Bildirilib ki, kitabda görkəmli ictimai-siyasi xadim, Xalq şairi Sabir Rüstəmxanlının yaradıcılığında milli varlıq konsepsiyası elmi-nəzəri müstəvidə araşdırılıb: “Sabir Rüstəmxanlının poeziyası, publisistikası və ictimai düşüncələri əsasında ana dilinin milli kimlik, tarixi yaddaş və dövlətçilik şüuru ilə bağlılığı sistemli şəkildə təhlil olunan kitabda dilin yalnız ünsiyyət vasitəsi deyil, həm də millətin mənəvi bütövlüyünü qoruyan, milli özünüdərkin əsas sütunlarından biri olduğu vurğulanır. Kitab Xalq şairi Sabir Rüstəmxanlının 80 illik yubileyi münasibətilə hazırlanıb”.

Məlumata görə, kitabın “Ön söz”ünün müəllifi akademik Nizami Cəfərovdur. N. Cəfərov “Dil, Kimlik, Vətən” əsərini son illərdə Azərbaycan türkcəsi və milli düşüncə ilə bağlı qələmə alınmış ən sanballı tədqiqatlardan biri kimi dəyərləndirərək, bu nəşrin geniş maraq doğuracağına əminliyini ifadə edib.

Qeyd edək ki, müəllif əsərdə Sabir Rüstəmxanlının yaradıcılığında ana dilini millətin görünməyən sərhədi, mənəvi bütövlüyünün dayağı və milli varlığın əsas ifadə vasitəsi kimi təqdim edir. “Dil, Kimlik, Vətən” milli ideoloji düşüncə baxımından mühüm əhəmiyyət daşıyan dəyərli elmi-tədqiqat əsəri kimi diqqət çəkir.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.