Press "Enter" to skip to content

Yaylaqlara köç edəcək fermerlər üçün təlimlər

Yaylaqlara köç edəcək fermerlər üçün təlimlər

BAYRAQDAR MEDİA – İşğaldan azad edilmiş ərazilərə mövsümi köç edəcək fermerlər üçün təhlükəsizlik qaydalarına dair maarifləndirmə təlimlərinə başlanılıb.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Kənd Təsərrüfatı Nazirliyinin (KTN) mətbuat xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, “təlimlər Dövlət Aqrar İnkişaf Mərkəzlərində (DAİM) təşkil olunur. Bu məqsədlə Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) təlimçilərinin təlim keçdiyi DAİM əməkdaşları tərəfindən fermerlərə təhlükəsizlik qaydaları və riskli ərazilərdə davranış prinsipləri barədə ətraflı məlumat verilir. Fermerlər öz rayonlarını tərk etmədən bu təlimlərdə iştirak edə bilirlər. Bu yanaşma həm vaxt itkisinin qarşısını alır, həm də təlimlərin daha geniş əhatə dairəsində həyata keçirilməsinə şərait yaradır”.

Xatırladaq ki, ötən 5 mövsüm ərzində bu təlimlər KTN-in təşkilatçılığı və ANAMA-nın iştirakı ilə müxtəlif şəhər və rayonlarda mərkəzləşdirilmiş qaydada keçirilib. Həmin dövrdə fermerlər üçün genişmiqyaslı maarifləndirici tədbirlər təşkil olunaraq təhlükəsizlik qaydaları ətraflı izah edilib.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.