Son yeniləmə: 22 Aprel 2026
BAYRAQDAR MEDİA – Eskişehirdə 23 Aprel Milli Suverenlik və Uşaq Bayramı mədəniyyət və incəsənət tədbirləri ilə zəngin geniş proqram çərçivəsində qeyd olunacaq.
Bu barədə eskisehir.net saytı məlumat yayıb.
Məlumata görə, Eskişehir Böyükşəhər Bələdiyyəsinin tabeliyində fəaliyyət göstərən muzeylər, tematik parklar və sosial məkanlar gün boyu ziyarətçilərin üzünə açıq olacaq: “23 Aprel tədbirləri çərçivəsində ailələri ilə birlikdə bayram keçirmək istəyənlər üçün Yılmaz Büyükerşen Mum Heykəllər Muzeyi başda olmaqla Müasir Şüşə Sənətləri Muzeyi, Şəhər Yaddaşı Muzeyi və Qurtuluş Muzeyi ziyarətçiləri qəbul edəcək. Bununla yanaşı, İmren Erşen Oya Muzeyi, Hamam Muzeyi, Berna Türemen Pişik Sənət Evi və Ali İsmail Türemen Mavi Sənət Evi də açıq olacaq. Sənətsevərlər üçün Zühal Yorgancıoğlu Moda və Dizayn Muzeyi, Ergün Başar Portret Qalereyası və Sənət Küçəsində yerləşən tematik məkanlar ziyarət edilə biləcək. Uşaqlara yönəlik fəaliyyətlərdə isə Elm Təcrübə Mərkəzi və Sabancı Kosmos Evi ön plana çıxır”.
Məlumatda həmçinin deyilir: “Nağılvari atmosferi ilə diqqət çəkən Nağıl Qalası balaca qonaqları qəbul edəcək, təbiətlə vaxt keçirmək istəyənlər isə Eskişehir Zooparkı və Sualtı Dünyasını ziyarət edə biləcəklər. Sazova Elm, Mədəniyyət və İncəsənət Parkındakı Kalyon Muzey Gəmi, Dekovil qatarı, həmçinin gondol və qayıq turları da bayram proqramına rəng qatacaq. Bundan əlavə, bələdiyyəyə məxsus sosial obyektlər — İskele26, Aktiv Həyat Park Kafe, Gazebo və Kentpark Kafe gün boyu xidmət göstərməyə davam edəcək. Bu çərçivədə İstehsalçı Marketləri də gün boyu açıq olaraq vətəndaşlara xidmət göstərəcək”.






İlk şərhi yaza bilərsiniz