Press "Enter" to skip to content

Bakıda işgüzar görüşü keçirilib

Müdafiə Nazirliyi

BAYRAQDAR MEDİA – Azərbaycan və Gürcüstan Müdafiə nazirlikləri arasında imzalanmış ikitərəfli hərbi əməkdaşlıq planına uyğun olaraq, Bakıda hər iki ölkənin hərbi hüquqşünaslarının işgüzar görüşü keçirilib.

Bu barədə BAYRAQDAR MEDİA-ya Müdafiə Nazirliyindən məlumat verilib.

Məlumata görə, görüşdə hüquq xidmətinin təşkili, hərbi qanunvericilik və hərbi hüquqşünasların xidməti fəaliyyəti sahəsində qazanılan təcrübəyə dair qarşılıqlı fikir mübadiləsi aparılıb.

Tərəflər hər iki ölkənin hərbi qanunvericiliyinin beynəlxalq hüquq normaları və prinsipləri çərçivəsində uyğunlaşdırılması, eləcə də bir sıra digər məsələlərə dair müzakirələr aparıblar.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.