Press "Enter" to skip to content

“Erkən kəsimə son!” maarifləndirmə kampaniyası davam edir – VİDEO

“Erkən kəsimə son!” maarifləndirmə kampaniyası davam edir

BAYRAQDAR MEDİA – Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkədə erkən yaşda heyvan kəsiminin qarşısının alınması istiqamətində “Erkən kəsimə son!” maarifləndirmə kampaniyasını davam etdirir.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya AQTA-nın mətbuat xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, “AQTİ-nin eksperti, ”Qarabağ” futbol klubunun diyetoloqu İlqar Şamilov da kampaniyaya qoşularaq vətəndaşlara çağırış edib. İ.Şamilov müraciətində bildirib ki, qida keyfiyyəti yalnız kaloridən ibarət deyil, həm də məhsulun bioloji dəyəri və yetişmə səviyyəsi ilə birbaşa bağlıdır. Onun sözlərinə görə, xüsusilə 6 aydan kiçik quzuların kəsilməsi nəticəsində əldə olunan ət tam formalaşmamış əzələ və piy strukturu səbəbindən həm qida dəyəri, həm də texnoloji keyfiyyət baxımından zəif olur”.

Ekspert əlavə edib ki, erkən kəsim yalnız qida keyfiyyətinə deyil, həm də gələcəkdə davamlı və keyfiyyətli qida təminatına mənfi təsir göstərir. Bu isə ölkədə heyvandarlığın inkişafı və qida təhlükəsizliyi baxımından arzuolunmaz nəticələrə səbəb ola bilər.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.