Son yeniləmə: 22 Aprel 2026
BAYRAQDAR MEDİA – Bilecik Bələdiyyəsi tərəfindən həyata keçirilən kitab kafelər Türkiyə üzrə yaxşı təcrübə nümunələri sırasında göstərilərək mühüm uğura imza atıb. Türkiyə Bələdiyyələr Birliyi tərəfindən təşkil olunan forum çərçivəsində qiymətləndirilən kitab kafelər bu il 700-dən çox müraciət arasında diqqət çəkib. 69 fərqli bələdiyyənin təqdimat hüququ qazandığı tədbirdə Bilecik Bələdiyyəsi də yer alıb.
Bu barədə bilecikhaber.com.tr saytı məlumat yayıb.
Məlumatda deyilir ki, Forumda bələdiyyə adından iştirak edən təlimçi Sevgi Akkoy Bilecikdə həyata keçirilən kitab kafe layihələrini ətraflı şəkildə təqdim edərək iştirakçıların yüksək qiymətini qazanıb.
Təlimçi Sevgi Akkoy forumda kitab kafelər barədə belə məlumat verib: “Bilecik üzrə fəaliyyət göstərən kitab kafelər – Mədəniyyət və Konqres Mərkəzi Kitab Kafe, Hürriyyət məhəlləsi Kitab Kafe və Sənət Küçəsi Kitab Kafe olmaqla üç fərqli nöqtədə vətəndaşlara xidmət göstərir. Xüsusilə universitet tələbələri başda olmaqla, ibtidai sinifdən magistratura səviyyəsinədək hər yaş qrupundan insanların faydalandığı bu məkanlar şəhərin yeni cazibə mərkəzləri sırasındadır. Təklif olunan kitab resursları, sakit mühit və ikramlarla seçilən bu məkanlarda universitet tələbələrinə imtahan dövründə pulsuz şorba da təqdim olunur.”






İlk şərhi yaza bilərsiniz