Son yeniləmə: 22 Aprel 2026
BAYRAQDAR MEDİA – Atatürk Universiteti daha bir elmi tədbirə ev sahibliyi edib. 3-cü Milli Molekulyar Biologiya və Genetika Tələbə Konqresi geniş iştirakla keçirilib.
Bu barədə universitetdən məlumat verilib.
Məlumata görə, 30 universitetdən təxminən 600 iştirakçının qatıldığı tədbirdə sahə üzrə ən son elmi yeniliklər müzakirə olunub: “Konqres Atatürk Universiteti ilə Erzurum Texniki Universiteti əməkdaşlığı çərçivəsində təşkil edilib. Açılışda çıxış edən rəhbərlər bu sahənin səhiyyə, kənd təsərrüfatı və sənaye üçün əhəmiyyətini vurğulayıblar”.






İlk şərhi yaza bilərsiniz