BAYRAQDAR MEDİA – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Sosial Xidmətlər Agentliyinin (SXA) Nərimanov Sosial Xidmət Mərkəzində (SXM) “Açıq qapı” günü təşkil edilib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya SXA-nın mətbuat xidmətindən daxil olub.
Xəbərdə deyilir ki, “tədbirdə valideynlər, ali təhsil müəssisələrinin tələbələri və digər vətəndaşlar iştirak ediblər. Tədbir mərkəzdə göstərilən sosial reabilitasiya xidmətləri barədə maarifləndirməni artırmaq məqsədi daşıyıb. Bildirilib ki, mərkəzdə sosial işçi, psixoloq, sosial pedaqoq, loqoped və aktiv terapevt tərəfindən xüsusi qayğıya ehtiyacı olan şəxslər müxtəlif xidmətlərə cəlb edilir”.
Sonra xəbərdə, “şəxslərdə ünsiyyət, özünəxidmət və sadə əmək vərdişlərinin formalaşması, çatışmazlıqların korreksiyası, onların sosial statusunun bərpa edilməsi və cəmiyyətə inteqrasiyası istiqamətində iş aparılır. Burada həmçinin benefisiarların valideynlərinə sosial-məsləhət yardımı xidməti göstərilir. 2023-cü ildən fəaliyyət göstərən Nərimanov SXM-də bu günədək 250-dən çox şəxs dövlət qayğısı ilə əhatə olunub. Hazırda mərkəzdə 57 nəfər xidmətlərdən yararlanır” deyə qeyd olunur.






İlk şərhi yaza bilərsiniz