Press "Enter" to skip to content

Nazir internat məktəblərinin direktorları ilə görüşüb

Nazir internat məktəblərinin direktorları ilə görüşüb

BAYRAQDAR MEDİA – Elm və təhsil naziri Emin Əmrullayev Bakı şəhəri üzrə fəaliyyət göstərən internat məktəblərinin direktorları ilə görüşüb.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Elm və Təhsil Nazirliyinin (ETN) mətbuat xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, “görüş zamanı internat məktəblərində təhsil alan valideyn himayəsindən məhrum olmuş, eləcə də sağlamlıq imkanları məhdud uşaqların təlim-tərbiyə prosesi, onların sosial müdafiəsi, psixoloji dəstək mexanizmləri və cəmiyyətə inteqrasiyası məsələləri geniş müzakirə olunub. Nazir çıxışında qeyd edib ki, həssas kateqoriyadan olan uşaqların keyfiyyətli təhsilə çıxışının təmin edilməsi dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Bu baxımdan internat məktəblərində tətbiq olunan xüsusi təhsil proqramlarının təkmilləşdirilməsi, fərdi yanaşmanın gücləndirilməsi və müasir tədris metodlarının genişləndirilməsi mühüm əhəmiyyət kəsb edir”.

Daha sonra xəbərdə, “görüşdə həmçinin mövcud vəziyyətin qiymətləndirilməsi aparılıb, internat məktəblərinin maddi-texniki bazasının gücləndirilməsi, müəllim heyətinin peşəkar inkişafı, eləcə də təhsilalanların sosial rifahının yüksəldilməsi istiqamətində görüləcək tədbirlər müzakirə olunub. Direktorlar tərəfindən səsləndirilən təkliflər dinlənilib, prioritet istiqamətlər ətrafında fikir mübadiləsi aparılıb” deyə qeyd edilir.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.