Press "Enter" to skip to content

Nazirliyin daha bir uğuru

BAYRAQDAR MEDİA – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəqəmsal həlli olan “Əmək və Məşğulluq“ altsistemi “GovInsider” beynəlxalq platformasının (Sinqapur) “Festival of Innovation Awards 2026” müsabiqəsində yüksək qiymətləndirilib.

Bu barədə nazirliyin məlumatında qeyd edilib.

Bildirilib ki, nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən təqdim edilən layihə müsabiqədə “Digital Labor Contracts” nominasiyasında “Special Mention” mükafatına layiq görülüb: “Müsabiqədə Macarıstan, Moldova, Səudiyyə Ərəbistanı, Sinqapur, İndoneziya, Malayziya və Çin daxil olmaqla bir çox ölkələrdən də layihələrin qiymətləndirilməsi aparılıb. “GovInsider” dövlət sektorunda innovativ, qabaqcıl idarəetmə təcrübələrini təşviq edən, sosial və ictimai xidmətlərin daha effektiv, insan mərkəzli və dayanıqlı inkişafına töhfə verən dövlət qurumlarının fəaliyyətini təqdir edən beynəlxalq platformadır”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.