Press "Enter" to skip to content

Şəhidlər unudulmur

Tədbir zamanı

Son yeniləmə: 22 Aprel 2026

Birinci Qarabağ müharibəsi şəhidi Vilayət Rüstəmovun anım tədbiri keçirilib

BAYRAQDAR MEDİA – Birinci Qarabağ müharibəsi şəhidi Vilayət Rüstəmovun anım tədbiri keçirilib. Tədbirdə şəhid anaları və valideynləri, qazilər, müharibə veteranları, Müdafiə Nazirliyinin əməkdaşları, millət vəkili Məzahir Əfəndiyev, YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov, ehtiyatda olan Ədliyyə general-mayoru Mehdi Səlimzadə, ehtiyyatda olan zabitlər, Mili Qəhrəman polkovnik Fariz Qəhramanov və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Şəhidin oğlu Eldəniz Rüstəmov
Şəhidin oğlu Eldəniz Rüstəmov

Şəhidin ailəsindən verilən məluamta görə, öncə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra şəhid Vilayyət Rüstəmovun həyatına və keçdiyi döyüş yoluna həsr olunmuş video nümayiş etdirilib. Məlumata əsasən, tədbirdə çıxış edənlər şəhidin keçdiyi döyüş yolundan, onun yüksək mənəvi keyfiyyətlərindən və göstərdiyi qəhrəmanlıqdan bəhs ediblər. Çıxışlarda Birinci Qarabağ müharibəsi şəhidlərinin göstərdiyi igidlik xüsusi vurğulanıb. Qeyd olunub ki, Vətən müharibəsində Müzəffər Ali Baş Komandanın rəhbərliyi, xalqımızın birliyi, şəhidlərimizin canı, qazilərimizin sağlamlığı və Ordumuzun rəşadəti sayəsində böyük Zəfər qazanılıb. Həmçinin 2023-cü ildə keçirilmiş antiterror əməliyyatları nəticəsində Azərbaycanın suverenliyi tam bərpa olunub.

Çıxış edənlər onu da bildiriblər ki, bu gün həm Birinci Qarabağ müharibəsinin, həm də Vətən müharibəsinin şəhidlərinin qisası döyüş meydanında alınıb, eyni zamanda separatçı qüvvələrin rəhbərləri Azərbaycan qanunvericiliyi qarşısında layiqli cəzalarını alıblar.

Mərasimdən
Mərasimdən

Tədbirdə çıxış edənlər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə və qazilərə göstərdiyi diqqət və qayğını yüksək qiymətləndiriblər.

Xatirə fotosu
Xatirə fotosu

Sonda şəhidin oğlu Eldəniz Rüstəmov çıxış edərək atasının xatirəsinə göstərilən ehtirama görə minnətdarlığını bildirib, şəhid ailələri adından göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə təşəkkürünü ifadə edib.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.