BAYRAQDAR MEDİA – Bilecik Şeyx Edebali Universiteti tərəfindən həyata keçirilən layihə TEKNOFEST 2024 çərçivəsində uğur qazanaraq beynəlxalq səviyyədə də diqqət çəkib. Hi-SENS komandası tərəfindən hazırlanan layihə 2025-ci ildə “Microchemical Journal” jurnalında dərc olunub və 2026-cı ildə patentləşdirilib.
Bu barədə universitdən məlumat verilib.
Məlumata görə, su keyfiyyətinin monitorinqinə yönəlmiş bu sensor texnologiyası həm ətraf mühit, həm də ictimai sağlamlıq baxımından mühüm yenilik kimi qiymətləndirilir.





