Press "Enter" to skip to content

Turan Balabilgə Akademiyasında yeni təyinatlar

İclas zamanı

Son yeniləmə: 22 Aprel 2026

BAYRAQDAR MEDİA – Turan Balabilgə Akademiyasının 6 aylıq fəaliyyətinə həsr olunmuş onlayn iclas çərçivəsində yeni üzvlük və fəxri üzvlüklə bağlı qərarlar elan edilib. Qərara əsasən, xalq şairi Sabir Rüstəmxanlı, TESİAD və TESAM-ın qurucu başqanı İlyas Bozkurt, professor Levent Eraslan və publisist-diplomat İbrahim Nəbioğlu akademiyaya fəxri üzv seçiliblər. Bildirilib ki, onların elm, təhsil və ictimai fikir sahəsində uzunmüddətli fəaliyyəti və töhfələri bu qərarın qəbulunda əsas rol oynayıb.

“Hədəf” Şirkətlər Qrupundan verilən məlumata görə, eyni zamanda, təhsil mütəxəssisləri Mehmet Akif Sözüeroğlu və Cemil Karagöz Turan Balabilgə Akademiyasının üzvlüyünə qəbul olunublar: “Qeyd edək ki, Turan Balabilgə Akademiyası türk dünyasında elmi düşüncənin inkişafı, gənclərin maarifləndirilməsi və ortaq dəyərlərin təşviqi istiqamətində fəaliyyət göstərən platformadır. Akademiya müxtəlif elmi layihələr, ustad dərsləri və beynəlxalq təşəbbüslər vasitəsilə üzvlərinin bilik və bacarıqlarının inkişafına töhfə verir.

Mütəxəssislərin fikrincə, yeni təyinatlar akademiyanın elmi və intellektual potensialının daha da gücləndirilməsinə xidmət edəcək”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.