Press "Enter" to skip to content

Türkiyəli qonaqlar işğaldan azad edilmiş ərazilərdə

Türkiyəli qonaqlar işğaldan azad edilmiş ərazilərdə

BAYRAQDAR MEDİA – Türkiyənin Milli Müdafiə Universitetinin (MMU) rektor müavini Prof. Talat Canbolatın rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri davam edir.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Müdafiə Nazirliyinin (MN) mətbuat xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, “səfər çərçivəsində türkiyəli qonaqlar işğaldan azad edilmiş ərazilərdə olub, bir sıra tarixi abidələri ziyarət ediblər. Nümayəndə heyətinə Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan xalqına qarşı törədilən vandalizmin nəticələri və dağıntılar, eləcə də Prezident İlham Əliyevin rəhbərliyi altında azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq və yenidənqurma işləri haqqında ətraflı məlumat verilib. Həmçinin hərbi qulluqçular 44 günlük Vətən müharibəsi və digər uğurlu əməliyyatlarla bağlı xatirələrini bölüşüblər”.

Sonra xəbərdə, “N hərbi hissəsini ziyarət edən türkiyə nümayəndə heyəti burada yaradılan şərait ilə tanış olub. Qonaqlara torpaqların azadlığı və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edən bölmələrin döyüş yolu haqqında geniş məlumat verilib. Sonda qarşılıqlı hədiyyələr təqdim olunub, xatirə şəkli çəkdirilib. Qeyd edək ki, Türkiyə MMU-nun nümayəndə heyəti səfər proqramına uyğun olaraq Əlahiddə Ümumqoşun Ordunu ziyarət edəcəklər” deyə qeyd edilir.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.