Son yeniləmə: 22 Aprel 2026
BAYRAQDAR MEDİA – Bolqarıstan Prezidenti İliyana Yotova Mərkəzi Seçki Komissiyasının rəsmi seçki nəticələrini açıqlamasından sonra yeni seçilmiş parlamentin toplanma tarixinin müəyyən ediləcəyini bildirib.
Bu barədə Radio Bolqarıstan məlumat yayıb.
Məlumata görə, Prezident Yotova “Seçki nəticələrinin rəsmi elanını və 240 deputatın adlarının açıqlanmasını gözləyək. Bildiyiniz kimi, bu müddət ayın 26-na qədər davam edir. Şəxsən mən Mərkəzi Seçki Komissiyasının daha tez hazır olacağına ümid edirəm və buna görə də böyük ehtimalla Xalq Məclisi gələn həftə toplanacaq, lakin hələlik dəqiq tarix deyə bilmərəm” deyib.
Rumen Radevi seçki qələbəsi münasibətilə təbrik edən Prezident Yotova ilk hökumət qurmaq mandatı verildikdən sonra kabinetin formalaşdırılmasını gözlədiyini qeyd edib. O, həmçinin yeni çoxluğun yaranmasında Bolqarıstan vətəndaşlarının rolunu vurğulayaraq bunun seçicilərin səsinə olan inamın göstəricisi olduğunu bildirib.






İlk şərhi yaza bilərsiniz