BAYRAQDAR MEDİA – Türkiyənin Akdeniz Universitetində 31-ci Ənənəvi Pilav Günü təşkil olunub. Tədbirdə tələbələr və müəllimlər geniş iştirak ediblər.
Universietetin məlumatında qeyd edilir ki, rəsmi çıxışlarda tədbirin əhəmiyyəti vurğulanıb. Universitet rəhbərliyi bu cür ənənələrin qorunmasının vacib olduğunu bildirib. Tələbələr üçün bu cür tədbirlərin sosial və peşəkar inkişaf baxımından önəmli olduğu qeyd edilib. Məlumata əsasən, tədbir çərçivəsində dəstək verənlərə plaketlər təqdim olunub.
Daha sonra iştirakçılara pilav ikram edilib.
Tədbir bayram əhval-ruhiyyəsində başa çatıb.






İlk şərhi yaza bilərsiniz