Press "Enter" to skip to content

Komitə sədrindən “Erkən kəsimə son” kampaniyasına dəstək – VİDEO

Komitə sədrindən "Erkən kəsimə son" kampaniyasına dəstək

BAYRAQDAR MEDİA – Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) “Erkən kəsimə son” maarifləndirici kampaniyasını dəstəklədiyini bildirərək son dövrlərdə 6 aylıqdan kiçik quzuların kəsilməsinin ənənə halını almasına diqqət çəkib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya AQTA-nın mətbuat xidmətindən daxil olub.

Xəbərdə diqqətə çatdırılır ki, “o, tarixi ənənələrə nəzər salaraq bildirib ki, tarixən ağsaqqallar kiçik yaşda olan heyvanların kəsilməsinə qadağa qoyaraq qonağa çəkisi 25-30 kiloqramlıq qoç kəsərdilər. Deputat təəssüflə qeyd edib ki, hazırda bazara 7-8 kiloqramlıq quzular çıxarılır, xüsusilə dişi heyvanların kəsilməsi cinsin azalması, kökün kəsilməsi deməkdir”.

Daha sonra xəbərdə, “komitə sədri vurğulayıb ki, bir çox mütəxəssisin rəyinə əsasən erkən yaşda kəsilən quzu ətinin faydalılığı barədə formalaşmış fikirlər tam doğru deyil. Heyvanın normal inkişafı üçün onun böyüməsinə imkan verilməlidir. T.Rzayev məsələyə kompleks yanaşmanın vacibliyini vurğulayaraq Agentliyin bu istiqamətdə həyata keçirdiyi maarifləndirici tədbirləri yüksək qiymətləndirib” deyə bildirilir.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.