BAYRAQDAR MEDİA – Türkiyənin Pamukkale Universitetində magistr və doktorantlar üçün xüsusi təlim təşkil olunub. Təlimdə nitel tədqiqat metodları və analiz prosesləri izah edilib.
Universitetin məlumatına əsasən, tədbirin qonağı ekspert Burak Varol olub. O, məlumatların analizində kodlaşdırma və proqram təminatının rolunu açıqlayıb.
Təlim zamanı süni intellektin istifadəsi də müzakirə olunub. Bildirilib ki, analiz prosesində əsas rol yenə də tədqiqatçıya məxsusdur. İştirakçılar praktiki məşğələlərdə biliklərini tətbiq ediblər.
Tədbir təşəkkür sənədinin təqdim olunması ilə yekunlaşıb.






İlk şərhi yaza bilərsiniz