Press "Enter" to skip to content

Xına gecəsi məktəbəqədər sinfə çevrildi

Xına gecəsi

BAYRAQDAR MEDİA – Iğdırda fəaliyyət göstərən məktəbəqədər təhsil müəllimi Nuriye Yeter Sakaryaya gəlin köçməzdən əvvəl təşkil olunan xına gecəsində şagirdləri ilə son dəfə bir araya gələrək onlarla vidalaşıb.

Bu barədə igdirhaber.net saytı məlumat yayıb.

Məlumata görə, həyat yoldaşı ilə birlikdə Sakaryada yaşamağa hazırlaşan müəllim həmin özəl günün ən xüsusi qonaqları kimi balaca şagirdlərini də mərasimə dəvət edib: “Nuriye müəllimənin uşaqlara olan sevgisi xına gecəsini sanki məktəb həyətinə çevirib. Toy öncəsi keçirilən mərasimdə uşaqlarla son dəfə görüşən müəllim ənənəvi xına atmosferini şagirdləri ilə oynadığı oyunlarla daha da rəngarəng edib. O, uşaqlarla birlikdə məşhur məktəb mahnıları sədaları altında əylənib. Xüsusilə “A Ram Sam Sam Guli Guli” mahnısı ilə edilən rəqslər qonaqlar tərəfindən alqışlarla qarşılanıb”.

Məlumatda deyilir ki, xına gecəsi boyunca şagirdləri ilə yaxından maraqlanan və onlarla ayrı-ayrılıqda vidalaşan müəllimənin bu davranışı qonaqlara duyğulu anlar yaşadıb: “Rəngarəng görüntülərin qeydə alındığı gecədə müəllimliyin sadəcə peşə deyil, həm də könül işi olduğu bir daha nümayiş olunub. Evlilik səbəbilə çalışdığı Iğdırdan ayrılacaq Nuriye Yeter yeni həyatına balaca ürəklərdə qoyduğu gözəl xatirələrlə başlayıb. Müəllimələrinin ən xoş gününə şahidlik edən şagirdlər isə unudulmaz bir gecə yaşayıblar”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.